AZ

"Mançester Yunayted" və "Milan" niderlandlı uğrunda mübarizə aparır

"Bolonya"nın forvardı Coşua Zirkzenin yeni mövsümə hansı komandada başlayacağı hələ ki, dəqiqləşməyib.

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, Avropanın top klublarının transfer siyahısında yer alan hücumçuya bu dəfə "Mançester Yunayted"dən təklif gəlib.

23 yaşlı niderlandlı futbolçunun hansı seçimi edəcəyi dəqiq deyil.

"Milan"ın da istədiyi forvardın İtaliyada qalmaq niyyətində olduğu bildirilir. 

Zirkze başa çatan mövsümdə 37 oyuna 12 qol vurub və 7 asist edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
1
sportal.az

2Mənbələr