AZ

Paşinyan qanlı mart hadisələrini təkrarlayacaq?

Ermənistanda vəziyyət gərgin olaraq qalır. Son günlər erməni keşiş Baqrat Srbazanın rəhbərlik etdiyi "Vətən uğrunda Tavuş" hərəkatı ölkədə ardıcıl mitinqlər keçirir, polislərlə radikallar arasında toqquşmalar baş verir.

Yerli media, ziyalılar, ekspertlər erməni cəmiyyətində gərginliyin artmasını məntiqi sonluqla nəticələnəcəyini proqnozlaşdırırlar. Məsələn, analitik Argişti Kiviryan "Mamul" nəşrində yazıb: “Vəziyyət məşhur arzuolunmaz "1 mart hadisələri" həddinə çatarsa, Nikolun hakimiyyəti sakit şəkildə çökə bilər. O vaxt hakimiyyətin yanında dayanan ordu, Qarabağdan gələn dəstələr var idi. Nikolda bunlar yoxdur. Polis cərgələri o vaxta qədər siper kimi dayanacaq ki, qarşı tərəfdən hansısa atəş açılsın. Ondan sonra polisləri də meydanda tapa bilməyəcəksəniz. Deməli, Nikolanın sağlam düşüncəsi qalıbsa, vəziyyəti "1 mart hadisələri" həddinə gətirib çıxarmamalıdır”.

Xatırladaq ki, "1 mart hadisələri" 19 fevral 2008-ci ildə Ermənistanda keçirilmiş prezident seçkilərindən sonra baş verən etirazlar silsiləsi ilə bağlıdır. Seçkilərdəki pozuntulara qarşı olan kütləvi etirazlar paytaxt İrəvanda keçirilmişdi. Etirazların təşkilatçısı prezidentliyə namizəd və Ermənistan Respublikasının ilk prezidenti olan Levon Ter-Petrosyan və onun tərəfdarları idilər. Həmin vaxt etirazçıların hüquq-mühafizə orqanları ilə toqquşması zamanı azı 8 nümayişçi və 1 hərbçi həlak olmuşdu. Xəstəxanaya müraciət edənlərin ümumi sayı təxminən 230 nəfərə çatmışdı.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
news365.az

1Mənbələr