AZ

Eyni gündə 2 köpəkbalığı hücumu - yaralılar var

ABŞ-nin Florida ştatında bir-birinin ardınca baş verən və üç nəfərin yaralanmasına səbəb olan köpəkbalığı hücumları səlahiyyətliləri təşvişə salıb.    Manset.az xarici mətbuatə əsasən xəbər verir ki,  Cümə günü ABŞ-nin Florida ştatının Cənubi Uolton bölgəsindəki çimərlikdə iki ayrl köpəkbalığı hücumu baş verib. Hücumla bağlı səlahiyyətlilərin verdiyi məlumata görə, iki nəfər ağır, bir nəfər isə yüngül xəsarət alıb. İlk insident saat 13:20 radələrində, təxminən 45 yaşlı qadının çimərlik yaxınlığında köpəkbalığı tərəfindən dişləndiyini bildirməsi ilə baş verib. Hadisə yerinə gələn səlahiyyətlilər qadının omba və sol qolunun aşağı nahiyəsindən ciddi xəsarət aldığını müəyyən ediblər. İkinci hadisə təxminən saat 14:55-də birinci hadisədən dörd mil şərqdə baş verib. Hadisə zamanı 15 yaşlı iki qız yaralanıb. Polislər son açıqlamalarında bölmələrinin patrul xidmətində olduğunu və çimərliklərin açıldığını, lakin yenə də təhlükəli ola biləcəyini bildirib.  

Fidan Əliyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
manset.az

1Mənbələr