AZ

Deşam: “Mbappe 15 dəqiqə oynamaq istəyirdi”

Fransa millisinin baş məşqçisi Didye Deşam Kanada ilə yoldaşlıq oyununda (0:0) hücumçu Kilian Mbappenin az oynamasından danışıb.



Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, fransalı çalışdırıcı Mbappenin 15 dəqiqə oynamaq istədiyini bildirib:



“Kilian 15 dəqiqə oynamaq istəyirdi. Mbappe meydana daxil olanda vəziyyətin dəyişdiyi hamıya aydındır. Əvvəlki matçda o, zərbə alıb. Bu, onun hərəkətlərini məhdudlaşdırırdı. Kilian lazımi müalicəni aldı və indi yaxşılaşıb”.



Mbappe 74-cü dəqiqədə meydana daxil olub.



25 yaşlı fransalı forvardın iyunun əvvəlində “Real”a keçdiyi açıqlanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərDidye Deşam fransa

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
komanda.az

1Mənbələr