AZ

Ukrayna Rusiyanın qırıcısını vurdu

Ukrayna Müdafiə Nazirliyi Rusiyanın daxili bölgələrində Su-57 qırıcısının vurulduğunu açıqlayıb.

News24.az xəbər verir ki, Kəşfiyyat İdarəsindən verilən açıqlamada, “8 iyun 2024-cü ildə Rusiya Federasiyasının Həştərxan vilayətinin Axtubinsk hava limanında, xəttdən 589 kilometr aralıda təcavüzkar dövlətin Su-57 tipli çoxməqsədli döyüş təyyarəsi vurulub. Düşmən hava limanında dayanmış təyyarənin peykdən çəkilmiş görüntüləri də bunu sübut edir. “ iyun tarixli şəkillər Su-57-nin bütöv olduğunu göstərsə də, 8 iyun tarixli şəkillər partlayışdan yaranan kraterləri və hücumun yaratdığı açıq-aşkar yanğın izlərini ortaya qoyur”.


Açıqlamada Su-57-nin Moskvanın ən qabaqcıl döyüş təyyarəsi olduğu vurğulanıb və Rusiya Aerokosmik Qüvvələrində bu döyüş təyyarələrinin az sayda xidmətdə olduğu bildirilib.

QİYMƏTİ 35 MİLYON DOLLAR

Rusiya mətbuatı Su-57 tipli təyyarəni “bahalı oyuncaq” adı ilə elan edərək vahidin qiymətinin 35 milyon dollar olduğunu açıqlayıb.

Qeyd edək ki, Suhoy Su-57 ilk uçuşunu 2010-cu ildə edib və 25 dekabr 2020-ci ildə xidmətə başlayıb.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
news24.az

1Mənbələr