AZ

Ançelotti klublararası dünya çempionatına qarşı: "FIFA səhv edir"

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti FİFA-nın klublararası dünya çempionatı ilə bağlı planlarını tənqid edərək, klubların və futbolçuların bu turnirdə iştirak etməyəcəyini bildirib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Ançelotti klublararası dünya çempionatı ilə bağlı aydın mövqe sərgiləyərək deyib: "FIFA unudur, oyunçular və klublar bu turnirdə iştirak etməyəcək. Bir “Real Madrid” matçı 20 milyon dəyərindədir və FİFA bütün çempionat boyunca bizə bu məbləği vermək istəyir. Bu, mümkünsüzdür. Bizim kimi digər klublar da iştirak etməyəcək”.

Ançelottinin sözlərinin arxasında duran səbəblərdən biri ola bilər ki, turnirdə iştirak edən komandaların hüquqları və ödənişləri ilə bağlı FİFA ilə danışıqlar aparan məhz Avropa Klublar Assosiasiyasıdır (AKA). “Real Madrid” isə AKA-nın bir hissəsi deyil.

Ançelotti bu həftənin cümə günü başlayacaq Avropa çempionatı ilə bağlı fikirlərini də açıqlayıb. "Almaniyanın öz evində oynamasını görmək mənə çox maraqlıdır. Onların maraqlı komandası var. İtaliya isə... Düşünürəm ki, son Avropa çempionatını qazandıqdan sonra bizdə yeni nəsil çatışmır, ona görə də şansımızın nə olduğunu bilmirəm”, - italyan baş məşqçi deyib.

“Real Madrid”in təcrübəli çalışdırıcısının klublararası dünya çempionatında iştirakla bağlı tənqidləri gündəm olub.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
musavat.com

1Mənbələr