AZ

26 mayda keçirilən imtahanların nəticələri nə zaman elan olunacaq? - VAXT AÇIQLANDI

Xəbər verdiyimiz kimi, mayın 26-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.

 

Bəs imtahan cavabları nə vaxt açıqlanacaq?

 

DİM-dən Sfera.az-a verilən məlumata görə, II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri gələn həftə açıqlanacaq.

 

“II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticələrinin növbəti həftənin əvvəli elan olunması nəzərdə tutulur”,- məlumatda bildirilib.

 


Qeyd edək ki, imtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələr 4 həftə ərzində elan olunur. DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına isə mayın 27-dən etibarən başlanılıb. 


 
Firuzə Əliyeva 


 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
2
sfera.az

3Mənbələr