AZ

İsveçrədəki Ukrayna üzrə sammitə 90 ölkə qeydiyyatdan keçib

"Ukrayna üzrə konfransda iştirak etmək üçün 90 dövlət qeydiyyatdan keçib. Bu ölkələrin yarısı Avropa və Şimali Amerikadan, digər yarısı Cənubi Amerika, Afrika, Yaxın Şərq və Asiyadandır".

İqtisadiyyat.az xəbər verir ki, bunu İsveçrə prezidenti Viola Amherd bildirib.

Onun sözlərinə görə,  konfrans 15-16 iyun tarixlərində İsveçrənin Bürgenstok şəhərində baş tutacaq.

Ümumilikdə iclasa 120-dən çox dövlət dəvət olunub. Rusiya sammitə dəvət edilməyib, ona görə də Kreml qarşıdan gələn tədbiri faydasız hesab edir. Çin isə iclasa qatılmaqdan imtina edib.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
iqtisadiyyat.az

1Mənbələr