AZ

Qəzzada sağlamlıq mərkəzlərinə 464 hücum olub - ÜST

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağında 101 səhiyyə müəssisəsinə qarşı 464 hücumu sənədləşdirdiyini açıqlayıb.

525.az xarici mediaya istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fələstin ərazilərindəki ofisinin "X" sosial media hesabında İsrailin 7 oktyabrda Qəzza zolağının hücumundan sonra sağlamlıq mərkəzlərinə edilən hücumlarla bağlı açıqlama verilib.

Məlumata əsasən, Qəzzada 101 səhiyyə müəssisəsini hədəf alan 464 hücumda 727 nəfər ölüb, 933 nəfər yaralanıb, 113 təcili yardım maşınına ziyan dəyib.

Malik Atilay






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
525.az

1Mənbələr