AZ

Məşhur modelin övladları surroqat ana vasitəsilə dünyaya gəlib

Dünyaca məşhur britaniyalı model Naomi Kempbell son illərdə ana olduğunu surpriz bir şəkildə açıqlayıb.

News24.az xəbər verir ki, 54 yaşlı model “The Times” qəzetinə müsahibəsində hər iki övladının surroqat ana (daşıyıcı ana) vasitəsilə olduğunu etiraf edib.

Model “Körpələrim mənim üçün hər şey deməkdir. Bu məni gələcək üçün qorxutdu. Uşaqlarım üçün daha yaxşı bir dünya arzulayıram. Onlar mənim 110 faiz prioritetimdir. Məktəbdəki ilk günündə onlarla birlikdə olmalıyam" deyib.

Övladları üçün ata fiquru axtarmadığını və tək ana olmaqdan çox xoşbəxt olduğunu bildirən Kempbell uşaq istəməyənlərə belə deyib: "Fikrinizi dəyişəcəksiniz. Ana olmaq istəyəcəksiniz. Maddi cəhətdən çətin olduğunu bilirəm, amma anamın heç bir şeyi yox idi və hər şey düzəldi" deyə əlavə edib.

Qeyd edək ki, model 2021-ci ildə qız övladı dünyaya gətirib. Keçən il isə oğlunu qucağına almışdı.

Günel Məlikzadə


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
1
news24.az

2Mənbələr