AZ

Qazaryan: Sarkisyan və Koçaryan Bakıya veriləcək

“Son 10 gün ərzində Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan hakimiyyətinə 2 tələb təqdim edib”. Tribunainfo.az xəbər verir ki, bunu Ermənistanın keçmiş fövqəladə və səlahiyyətli səfir Edqar Qazaryan deyib.
O bildirib ki, həmin tələblərdən biri Xocalı Soyqırımının Ermənistan tərəfindən tanınmasıdır. İkincisi isə Konstitusiyanın dəyişdirilməsidir. “Əliyev vaxtilə Qarabağ hərbi-siyasi rəhbərliyinin saxlandığı həbsxanada 2 pulsuz yer olduğunu demişdi. O, bu boş yerləri Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarkisyan üçün nəzərədə tutub. Amma bu gün Azərbaycan tərəfi təkxcə Sarkisyan və Koçaryanı deyil, Birinci Qarabağ müharibəsində iştirak etmiş Manvel Qriqoryan, Seyran Ohanyanı da cəzalandırmaq istəyir. Lakin bu gün belə bir imkanı olmadığından, onları Paşinyana həvalə edib”.
Qazaryan bildirir ki, Ermənistanın Roma Əsasnaməsinə qoşulması səbəbsiz deyil, onlardan biri də Azərbaycanın tələblərini yerinə yetirmək məqsədi daşıyır. “Roma Əsasnaməsi Ermənistanın hərbi-siyasi rəhbərliyini ehtiva edir. Müdafiə Nazirliyinin keçmiş binasının, Qarabağdakı qələbələrlə bağlı qərarların qəbul edildiyi binanın partladılmasını təsadüf hesab edirsiniz? Başqa sözlə, Əliyevin gündəmində Qarabağda vaxtıyla əldə olunmuş qələbələrin izlərini aradan qaldırmaq və o qələbələri yaradan insanları mühakimə etməkdir. Yəni Xocalıda baş verənlərə müharibə cinayəti adı verilib, soyqırım olması təsdiqlənəcək. Ardından Əliyev günahkarları tələb edəcək və Paşinyan onları böyük məmnuniyyətlə tutub Bakıya təhvil verəcək”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
tribunainfo.az

1Mənbələr