AZ

Ronaldo ən yaxşı oyunçu mükafatına əsas namizəd hesab edildi

Süni intellekt portuqaliyalı hücumçu Kriştiano Ronaldonu 2024-cü il Avropa çempionatının ən yaxşı oyunçusu mükafatına üç əsas namizəddən biri adlandırıb.

90deqiqe.Az bu barədə "Mundo Deportivo”ya istinadən xəbər verir.

Süni intellekt həmçinin hesab edir ki, Fransa millisinin hücumçusu Kilian Mbappe və İngiltərə millisinin hücumçusu Harri Keynin də bu mükafatı qazanmaq şansı yüksəkdir. 

Qeyd edək ki, Avro-2024-ün final mərhələsi Almaniyada keçiriləcək. Turnirin oyunlarına 10 şəhərin 10 stadionu ev sahibliyi edəcək. Qitə birinciliyi bir ay - iyunun 14-dən iyulun 14-dək davam edəcək. 

Avropa çempionatının hazırkı qalibi Londonun “Uembli” stadionunda Avro-2020-nin finalında İngiltərə millisini məğlub edən İtaliya komandasıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
90deqiqe.az

1Mənbələr