AZ

Azərbaycan dili fənninin tədrisi problemləri ilə bağlı dəyirmi masa ətrafında görüş olub

9 iyun tarixində bir qrup ziyalı Azərbaycan dili fənninin tədrisi problemləri ilə bağlı dəyirmi masa ətrafında görüşüb. 
Görüş pedaqoq -  filologiya üzrə fəlsəfə doktoru Könül Aydın Nəhmətovanın təşəbbüsü ilə təşkil edilib. Görüşün məqsədi ümumi təhsil səviyyəsində  Azərbaycan dili  dərsliklərində elmi və milli məsələlərlə bağlı  problemlərə işıq salmaq olub. 
Könül Nəhmətova Azərbaycan dili dərsliklərində mətnlərin yazılması və seçilməsində yol verilmiş səhvlərə diqqət çəkmək üçün milli məsələlərdə sayıqsızlıq, həmçinin elmi-nəzəri yanlışlar haqqında danışıb, təqdimat zamanı nümunələr nümayiş etdirməklə iştirakçıları əyani şəkildə  məlumatlandırıb. 
Dəyirmi masada Azərbaycan Respublikasının Əməkdar jurnalisti, hüquq müdafiəçisi Azər Həsrət, Bakı Slavyan Universitetinin baş müəllimi - f.ü.f.d Səməngül Qafarova, uşaq yazarı, Azərbaycan dili müəllimi Nurlana İşıq, APA TV-nin əməkdaşı -redaktor Aidə Şəfəqqətova, Azərbaycan dili müəllimləri Zamin Təhməzov, Azadə Quliyeva, Tağı Tağıyev, Humay İsmayılova, informatika fənni üzrə mütəxəssis Tural Aşırlı iştirak edib. İştirakçılar müzakirə olunan məsələ ilə bağlı çıxış edərək münasibətlərini bildirib, nümayiş etdirilən nümunələrdəki səhvləri yolverilməz hesab ediblər. 
Görüşün nəticəsi olaraq iştirakçılar tərəfindən qaldırılmış problemlərin davamlı və aidiyyatı qurumlarla birgə baxılması üçün tədbirlər planının hazırlanması qərara alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
3
olaylar.az

4Mənbələr