AZ

Avropada sarsıdıcı məğlubiyyət: Makron və Şolts müflis oldu

Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsun partiyalarının ümumAvropa parlament seçkilərində məğlub olması onların siyasətçi kimi uğursuzluğunu nümayiş etdirir.

Publika.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko deyib.

“Ümumavropa parlament seçkilərində Köhnə Dünyanın ən böyük dövlətlərinin başçıları - Makron və Şoltsun öz partiyaları ilə sarsıdıcı məğlubiyyətə uğramaları həm milli, həm də avropalı siyasətçilər kimi uğursuzluqlarını bir daha təsdiqləyir Bu, uzun illər insanların və cəmiyyətin real istəklərinə tam məhəl qoymamasından irəli gələn layiqli nəticədir. Onlar müflis oldular”, - deyə deputat öz Teleqram kanalında yazıb.

Bundan əlavə, o qeyd edib ki, bu vəziyyət öz seçiciləri ilə “milli etimad mandatının və əlaqələri kəsənlərin real legitimliyinin zəifləməsi” tendensiyasından xəbər verir. Onun sözlərinə görə, “qanunsuzluq virusu” Avropa regionuna daxil olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
publika.az

1Mənbələr