AZ

İran ilk dəfə BRİKS-də tamhüquqlu üzv kimi iştirak edəcək

İran ilk dəfə olaraq BRİKS-in tamhüquqlu üzvü kimi assosiasiyanın xarici işlər nazirlərinin iyunun 10-dan 11-dək Nijni Novqorodda keçiriləcək iclasında iştirak edəcək.

Oxu24.com xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

İran Xarici İşlər Nazirliyinin Teleqram kanalında yayımlanan mesajda deyilir:

“Xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri BRİKS xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün Tehrandan Rusiya Federasiyasının Nijni Novqorod şəhərinə yola düşüb.

Baqirinin toplantıda iştirak edən ölkələrin xarici işlər nazirləri ilə danışıqlar aparmağı planlaşdırılır". 

Mənbə: TASS.ru

Yeganə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
1
oxu24.com

4Mənbələr