AZ

Pakistanda partlayış nəticəsində yeddi əsgər ölüb

Pakistanın Hayber-Paxtunxva əyalətində yol kənarına yerləşdirilən bombanın partlaması nəticəsində 7 əsgər həyatını itirib.
Bu barədə Pakistan Ordusunun yaydığı bəyanatda bildirilib.
Partlayıcının partlaması nəticəsində 7 əsgərin həyatını itirdiyi qeyd olunub.
Açıqlamada bu ifadələrə yer verilib:"Bölgədəki terrorçuların məhv edilməsi və təmizlənməsi üçün əməliyyatlar davam edir''.
Hələlik heç kim hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.
Qeyd edək ki, Pakistanın xüsusilə Hayber Paxtunxva və Bəlucistan əyalətlərində vaxtaşırı terror aktları törədilir.
Rəsmi İslamabad bu hücumların Əfqanıstanda yerləşən Pakistan Talibanı (TTP) tərəfindən planlaşdırıldığını və idarə olunduğunu bildirsə də, Kabil bu iddiaları rədd edir.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
1
trt.net.tr

2Mənbələr