AZ

"Azercell" "Dayanıqlı inkişaf: çağırışlar və həllər" mövzusunda tədbir keçirdi

Bu gün "Azercell" "Dayanıqlı inkişaf: çağırışlar və həllər" mövzusunda tədbir keçirib.

Musavat.com xəbər verir ki, tədbirdə BMT-nin Azərbaycandakı Rezident Əlaqələndici Ofisinin rəhbəri Kanako Mabuçi çıxış edib.

O Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədələrinin (DİM) və Davamlı İnkişafın mövcud durumu haqqında məlumat verib:

"Azərbaycanda şəhər və kənd yaşayış məntəqələrinin 94%-i mobil şəbəkə ilə əhatə olunub və əhalinin yalnız 69%-i mobil geniş zolaqlı internetdən istifadə edir:"Genişzolaqlı mobil rabitənin əhatə dairəsi geniş olsa da, şəhər və kənd yerlərində internetin sürəti ilə bağlı problemlər hələ də qalır. Mobil sənaye mobil internetin qəbulunda artımı təmin etmək, mobil xidmətlərdən istifadəni sürətləndirmək və davamlı biznes təcrübələrini əhatə etməklə müsbət dəyişikliklərə təkan vermək, icmaları gücləndirmək və davamlı gələcək yaratmaq imkanına malikdir. Mobil sənaye Dayanıqlı İnkişaf Məqsədələrinin icrasını yenidən öz qaydasına salmaq üçün səylərimizin bir hissəsi olmalıdır".

Milli Məclisin deputatı, BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai də tədbirdə öz fikirlərini bildirib. O qeyd edib ki,  qlobal səviyyədə artıq resurslarımız tükənir, bütün ekoloji sərvət təkünməz olmadığı üçün resursların  ildən-ilə azalması müşahidə edilir: "Urbanizasiyanın artması, istehlakın və istehsalın effektiv olmaması, dünyada bərabərsizliyin daha da artmasına gətirib çıxarır. 

Biz indi müharibələr, pandemiya, fəlakətlər gördük və bərabərsizliyin daha da kəskinləşdiyini dövrünü gördük. Səbəblərdən biri isə beynəlxalq hüququn özünün islahatlara ehtiyacının olmasıdır. Bununla belə, düşünürəm ki, daha kəskin addımlar atmaq lazımdır. Ölkəmizdə BMT-nin Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə dəstək çərçivəsində  dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektlərini əhatə edən 17 DİM-i, 88 hədəfi və 119 göstəricini prioritetləşdirib. Azərbaycanda keçiriləcək COP29-un mövzusu da iqlim maliyyələşdirilməsidir. 

Dayanıqlı inkişafın əsas məqsədi olaraq biz çalışmalıyıq ki, əlimizdə olan bütün resursları gələcək nəsillərə olduğu səviyyədə çatdıraq. Ümumiyyətlə, yaşıl iqtisadiyyata keçid bahalı prosesdir. Buna baxmayaraq ölkəmizdə bu proses artıq uzun illərdir ki, başlayıb. Hazırda da sürətlə inkişaf etməyə davam edir. Yaşıl iqtisadiyyata keçid gələcək dayanıqlı iqtisadiyyatın arxasındadır. Yaşıl iqtisadiyyata keçid üçün trilyonlarla pul lazımdır. Bəs bu maliyyə hardan gələcək? Biz özümüz Xəzər dənizinin səviyyəsinin aşağı düşdüyünü görürük. Əgər biz bunun qarşısını almasaq, fəlakətlər baş verə bilər. Dayanıqlıq mövzusu çox ciddi bir reallıqdır".

"Azercel"in Hüquq, Etika və Kompayens departamentinin direktoru Şirin Əliyeva isə qeyd edib ki, “Azercell"-in ESG strategiyası biznesin əhəmiyyətli məsələlərini əhatə edir və ESG strategiyasına dörd komponent daxildir:

"Birinci komponent Azercell-in Azərbaycanda aparıcı telekommunikasiya operatoru kimi roluna diqqət yetirir. Bu istiqamət çərçivəsində şirkət şəbəkənin genişləndirilməsini, məlumatların mühafizəsini, etik biznes təcrübələrinin tətbiqini, enerjinin idarə edilməsini və bərpa olunan enerji mənbələrinə keçidi, həmçinin, iqlim dəyişikliyi şəraitində milli prioritetləri nəzərə almağı planlaşdırır. İkinci komponent telekommunikasiya infrastrukturunun inkişafına, xüsusən də texnoloji innovasiyaların tətbiqinə həsr olunub ki, bu da şirkətin sahənin ön sıralarında qalmasına imkan verəcək. Üçüncü komponent kommunikasiya vasitələrinə, eləcə də əhalinin müxtəlif təbəqələrini dəstəkləməyə yönəlmiş sosial və ictimai proqramlarına çıxış imkanını əhatə etməklə imkanların və inklüzivliyin genişləndirilməsinə fokuslanıb. Dördüncü komponent kadr potensialı, bərabərlik və inklüzivliyin inkişafı, iş yerində təhlükəsizlik və sağlamlığın təmin edilməsi, eləcə də ixtisaslaşmış mütəxəssislərin istedadların cəlb edilməsi və inkişafı ilə bağlıdır".

Afaq Mirayiq,
Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
musavat.com

1Mənbələr