AZ

Kobaxidze Ukraynanın bərpası ilə bağlı konfransda iştirak edəcək

Gürcüstanın baş naziri İrakli Kobaxidze iyunun 11-12-də Berlində Ukraynanın bərpası ilə bağlı konfransda iştirak edəcək. 

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

"Gürcüstanın baş naziri İrakli Kobaxidze dünya liderləri ilə birlikdə iyunun 11-12-də Berlində keçiriləcək Ukraynanın Yenidənqurma Konfransında (UCR2024) iştirak edəcək. Tədbirin əsas məqsədi Ukraynanın bərpası, yenidən qurulması, islahatları və modernləşdirilməsi üçün beynəlxalq dəstəyin konsolidasiyasıdır", - məlumatda deyilir. 

Ağarza Elçinoğlu 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
50
unikal.az

10Mənbələr