AZ

"Neftçi" təklif etdi - Razılaş, müqaviləyə xitam verək

Avrokuboklara vəsiqə qazana bilməyən «Neftçi»də təmizlik tədbirləri»nə başlanıb.

«Ağ-qaralar» yalnız müqaviləsi bitən oyunçuları ilə deyil, həmiçinin kontraktı davam edən bəzi isimlərlə vidalaşmağı planlaşdırır.

Onlardan biri də İvan Brkiçldir. Sözləşməsi gələn ilin yayınadək qüvvədə olan xorvatiyalı ilə danışıqlara start verilib.

Əgər qapıçı müəyyən təzminat qarşılığında getməyə razılıq versə, onunla yollar tezliklə ayrılacaq.

Brkiç artıq burada əsas heyət üzvü sayılmır. Sezonun əvvəlində aldığı zədə səbəbindən yaşıl meydanlardan uzaq düşən balkanlı legioner Rza Cəfərovun kölgəsində qalıb.

Mövqeyini gənc yerli həmkarına uduzan kiper yalnız mövsümün son turunda şans qazanıb, onda da komandası evdə «Sabah»a 0:1 hesabıyla uduzaraq, qitəmiqyaslı yarşılardan kənarda qalıb.

SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
sportinfo.az

1Mənbələr