AZ

Xəzər dənizi ilə bağlı təxirəsalınmaz tədbirlər görülməlidir - COP29-un prezidenti

Bakı. Trend:

Son iyirmi il ərzində Xəzər dənizinin səviyyəsində müşahidəolunan azalma təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir vəqlobal istiləşmənin mənfi nəticələrinin əyani sübutudur.

Trend xəbərverir ki, bu barədə ekologiya və təbii sərvətlər naziri, COP29-unprezidenti Muxtar Babayev ADA Universitetində ilk dəfə keçirilən"Caspian Blue Horizons" tədbiri çərçivəsində "COP29 ərəfəsindəiqlim dayanıqlılığı və Xəzərin dayanıqlılığı üçün elm və biznesinsinerjisi" mövzusunda keçirilən müzakirələrdə deyib.

"Caspian Blue Horizons Workshop " seminarının əsas məqsəditətbiqi elmlər sahəsində ekspertlər və biznes nümayəndələriarasında əməkdaşlığa imkan yaratmaqdır. Onların qarşılıqlıfəaliyyəti Xəzər dənizində suyun səviyyəsinin azalması və ekolojidəyişikliklərlə bağlı problemlərin həlli üçün innovativ həllərin vəeffektiv strategiyaların işlənib hazırlanmasına kömək edəcək", - odeyib.

Nazir qeyd edib ki, Xəzəryanı dövlətlərin nümayəndələri Tehrandaimzalanmış Xəzər dənizinin dəniz mühitinin mühafizəsi üzrə ÇərçivəKonvensiyası çərçivəsində monitorinq, qiymətləndirmə və məlumatmübadiləsinə dair Protokolun müzakirəsi üçün vaxtaşırı bir arayagəlirlər.

"Bu məsləhətləşmələr Xəzər dənizində ekoloji vəziyyətinmonitorinqi üçün həyati əhəmiyyət kəsb edir. Azərbaycan COP29-a evsahibliyi edəcək ölkə olaraq seçildiyi gündən regionun digərölkələri və maraqlı tərəflərlə də aktiv şəkildə qarşılıqlıfəaliyyət göstərir", - deyə o qeyd edib.

Onun sözlərinə görə, COP29-a sədrlik çərçivəsində bütüntərəflərin mövqelərini dinləmək üçün dünyanın müxtəlif ölkələrindəbir çox görüşlər keçirilib.

"Noyabrda СОР29-a uğurla ev sahibliyi etmək üçün bu qarşılıqlıfəaliyyəti davam etdirəcəyik", - deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
7
az.trend.az

9Mənbələr