AZ

Peres yeni müqaviləyə görə sevinir

“Red Bull”un pilotu Serxio Peres adı çəkilən Avstriya komandas ilə müqavilə bağlamasını şərh edib. 34 yaşlı pilotla yeni müqavilə iki il üçün nəzərdə tutulub:

“İndi mən çox xoşbəxtəm. Bu müqavilə mənim üçün çox şey deməkdi. Bütün dünyada olan, məni dəstəkləyən, irəli səsləyən azarkeşlərə təşəkkür etmək istərdim. İrəlidə məni yeni qələbələr və yeni emosiyalar gözləyir. Hər kəs sağ olsun”.

2021-ci ildən “Red Bull”un şərəfini qoruyan Peres “öküzlər”in heyətində 5 mərhələnin qalibi olub. Meksikalı “Formula-1” üzrə dünya çempionatının cari mövsümündə 107 xal toplamaqla 5-ci pillədə qərarlaşıb. Onun komanda yoldaşı niderlandlı Maks Ferstappendi. Yeri gəlmişkən, Ferstappen də Peresin yeni müqaviləsi haqda danışıb:

“Çekonun komanda ilə 2026-cı ilə qədər yeni müqavilə imzalaması əla xəbərdi. Son illərdə yaratdığımız uğurlu tərəfdaşlığı davam etdirə bilmək imkanına görə sevinirəm. Ötən il rekordlarla zəngin mövsüm yaşadıq, çox güclü komandamız var, bundan sonra da uğuru inkişaf etdirməyə çalışacağıq”.

Ferstappen ilə Peres yeni müqavilə ilə bağlı nikbin danışsalar da, bunun əleyhinə olanlar da var. “Formula-1” çempionu Jak Vilnev “Red Bull”un müqaviləni yeniləməsini tənqid edib:

“Peres “Red Bull”dakı ən pis mövsümünü keçirir. Adətən, mövsümün ilk bir neçə mərhələsi onda möhtəşəm alınırdı, ancaq bu il bunu da bacarmadı. Peres komanda yoldaşı Ferstappenə çox uduzur. Artıq mövsümün əvvəlində Maksdan geridə idi. Odu ki, komandanın belə qərar qəbul etməsinin səbəbini bilmirəm”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
football-plus.az

1Mənbələr