AZ

Böyük toqquşmanın olmasına çalışırlar – Aleksanyan

Ermənistanda Baqrat Qalstanyan hərəkatı özünü tükədib.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Vaaqn Aleksanyan deyib.

Onun sözlərinə görə, Qalstanyan son addımları ilə Ermənistanda konflikti provokasiya etməyə çalışır.

“O, böyük toqquşmanın olmasına çalışır ki, bunun nəticəsində askiya dağıdılsın. Bundan sonra deyəcək ki, inqilab uğurlu ola bilərdi, amma hakimiyyət onu zor gücü ilə boğdu”.

Qeyd edək ki, Qalstanyan iyunun 9-da Ermənistanın müxalif deputatlarına 96 saat vaxt verib. O bildirib ki, həmin deputatlar səlahiyyətlərindən imtina edib aksiyaya qoşulmalıdırlar. Üstəlik hərəkat baş nazirin ofisinin yerləşdiyi Baqramyan 26-da yolu bağlayaraq, əraziyə çadırlar qurub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
bakuinform.agency

1Mənbələr