AZ

Vaşinqton və Brüssel bizi "nüvə gecəsi"nə yaxınlaşdırır

 
"Vaşinqton Kiyev rejiminin əli ilə Rusiyanın nüvə hücumu barədə erkən xəbərdaredici sistemini pozmaq istəyir, bu isə heç də yaxşı ideya deyil..."
 
"Ukraynadakı münaqişə bu gün nüvə qarşıdurmasına həmişəkindən daha yaxındır və bütün bəşəriyyəti fiziki cəhətdən məhv edə bilər..."
 
Qərb Ukrayna ilə bağlı qlobal fəlakətlə risk edərək bütün dünyanı təhdid edir.
 
Moderator.az xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri yazıb.
 
Vaşinqton Kiyev rejiminin əli ilə Rusiyanın nüvə hücumu barədə erkən xəbərdaredici sistemini  pozmaq istəyir. Bunun nə ilə sonuclanacağından bəşəriyyətin xəbəri olmaya bilər.
 
Ukraynadakı münaqişə bu gün nüvə qarşıdurmasına həmişəkindən daha yaxındır və bütün bəşəriyyəti fiziki cəhətdən məhv edə bilər. Fələstindəki qətliam isə dünyanın vicdanına meydan oxuyur və Qərbin mənəvi iflasına gətirib çıxara bilər.
 
Oyanmağın və Birləşmiş Ştatlar başda olmaqla dominantlıq edən Qərb dövlətlərinin bizi aparıb çıxardığı dalanı anlamağın zamanı yetişib. Bu, xüsusilə bu gün, Amerikanın bir də gördün cinayətlərdə ittiham ediləni özünə prezident seçəyəyi zaman daha aktualdır.
 
Mənim böyüyüb boya-başa çatdığım 1970 və 1980-ci illərdə bir çoxları "Qiyamət Günü saatları"nın nə demək olduğunu bilirdi. Bu saatların əqrəbləri "Atomçu alimlərin bülleteni" ("Bulletin of the Atomic Scientists") tərəfindən müəyyən edilib və edilməkdədir, məqsəd geniş ictimaiyyətin bizim nüvə müharibəsinə nə qədər yaxın olduğumuzu anlamasına kömək etməkdir. Son 30 ildə insanlar bu saatların göstərdiyi zamanı sakit qarşılayıb, hazırda belə sakitlik artıq yoxdur.
 
"Qiyamət Günü saatı"nın dəqiqəni göstərən əqrəbi 1947-ci ildən 25 dəfə yenidən quraşdırılıb. Sonuncu dəfə bu, 2023-cü ildə baş verib, bu əqrəb 100 saniyə irəliyə keçirilib və "gecəyarısına 90 saniyə"ni göstərməyə başlayıb.
 
Jurnalın prezidenti və baş direktoru Reyçel Bronson bunları izah edib: "Saatlar gecəyarısına çatanda bu o demək olacaq ki, nüvə münaqişəsi və ya fəlakətli iqlim dəyişiklikləri baş verib və bəşəriyyəti məhv edib. Əslində isə biz heç bir halda bu zamana düşmək istəmirik. Bizim hətta heç vaxt bunun baş verdiyindən xəbərimiz olmayacaq".
 
Ukrayna və onun Qərb tərəfdarları Rusiya ilə qarşıdurmada uduzduqlarını açıq şəkildə etiraf etdikləri zaman onlar öz hərbi səylərini ikiqat artırır. Kiyevə Qərb tərəfindən tədarük edilən silahdan Rusiya ərazisinə zərbələr endirməyə indi icazə verilib.
 
Lakin adi hərbi hədəflərin yerinə Ukrayna qüvvələri Rusiyanın nüvı hücumu barədə erkən xəbərdarlıq sistemini sıradan çıxarmaq üçün NATO raketlərini yerləşdirir. Bir-birinin nüvə müdafiəsi sisteminə müdaxilə etməyin yaxşı ideya olmadığını anlamaq üçün ekspert olmağa ehtiyac yoxdur.
 
Vaçinqtonla Brüssel, ola bilsin ki, baş verənlərdən məmnundur və əslində rusları hazırda, guya, yalnız ukraynalıların həyatının qurban verilməsinə əsaslanaraq rusları məhv etmək üçün "əbədi qarşıdurma" istəyir.
 
Yəqin ki, kütləvi qırğın silahı olmayan Əfqanıstan və İraq kimi yerlərdə əbədi və bu zaman fəlakətli müharibələr aparmaq olardı. Hərçənd, bu da iyrənc ideyadır! 
 
Lakin amerikalılardan daha çox nüvə başlığına malik olan Rusiya ilə əbədi müharibə aparmaq hamı üçün təsəvvür edildiyindən xeyli dərəcədə qısa ola bilər.
 
Bu arada isə Beynəlxalq Cinayət Məhkəməsinin Baş Prokuroru Kərim Xanın İsrail və HƏMAS-ın yüksək vəzifəli liderlərinin həbsinə orderlərin hazırlanması proseduruna başlanıldığını elan etdikdən iki həftədən də az sonra İsrail baş naziri Binyanin Netanyahuya Amerika Konqresinin həm demokratlar, həm də respublikaçılardan olan dörd liderindən ABŞ ali qanunverici orqanı qarşısında çıxış etmək dəvəti göndərilib.
 
Eyni zamanda Konqresdəki respublikaçılar Prokuror Xana, onun əməkdaşları və hətta ailə üzvlərinə qarşı Amerika sanksiyalarını tətbiq etməyə təkid edir.
 
Həmçinin müəyyən edilib ki, İsrailin "Mossad" xarici kəşfiyyatı Xanın sələfi Fatu Bensudanın gizli qorxudulma kampaniyasına başçılıq edir. Bütün bunlara, həmçinin Beynəlxalq Məhkəmədə soyqırımla bağlı İsrailə qarşı işə baxılmasına rəğmən, Netanyahunun Birləşmiş Ştatlata dəvət məktubunda deyilir: 
 
"Bizim üzləşdiyimiz ekzistensial problemlər, o cümlədən İran, Rusiya və Çinin getdikcə artan tərəfdaşlığı ölkələrimiz və bütün dünyada sülhə, azad insanların təhlükəsizliyinə və çiçəklənməsinə təhlükə törədir".
 
"Bizim möhkəm əlaqələrimizi daha da möhkəmləndirmək və Amerikanın İsraillə həmrəyliyini vurğulamaq üçün biz Sizi demokratiyanın müdafiəsi, terrorçuluqla mübarizə və regionda ədalətli və möhkəm sülhün bərqərar edilməsinə İsrail hökumətinin baxışlarını bölüşməyə dəvət edirik".
 
Bu zaman Netanyahunun Qəzza bölgəsində "yandırılmış torpaq" taktikası əsasında apardığı müharibənin Rusiya və Çin tərəfindən "ekzistensial təhdidlərlə" necə əlaqədar olduğu aydın deyil.
 
HƏMAS-ın oktyabrın 7-də terror hücumlarından öncə İsrail hər iki ölkə ilə isti münasibətlər saxlayıb. Onların dərhal atəşkəsə çağırışları dünya ictimaiyyətinin fikri ilə uyğundur. Hərbi cinayətlərə görə bu həbs orderlərinin Netanyahunun Konqresdə çıxışından öncə verilib-verilməməsinə baxmaq çox maraqlı olardı.
 
Onun Amerika qanunvericilərinə tarixi hələ elan edilməyən müraciəti yəqin ki, tarixə Birləşmiş Ştatların şübhəli bilinən hərbi cinayətkarın, onun fikincə, malik olduğu olub-qalan mənəvi nüfuzunun boşuna xərclədiyi məqam kimi daxil olacaq.
 
Müəllif: Aleks Lo
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
moderator.az

1Mənbələr