AZ

“Çəkilişdə insanlar yandılar”

Xalq artisti Bəxtiyar Xanızadə “Qərib cinlər diyarında” serialında yaşanan bədbəxt hadisələrdən danışıb.

OLAY yazır ki, sənətçi bu barədə “O üz” prqramında açıqlamalar verib. O bildirib ki, çəkiliş prosesi zamanı insanlar zərər görüb:

“Əlisəttar atakişiyev tapşırmışdı ki, məşəllər çox yuxarı qalxmasın, ətrafı örtülü olsun. Çünki cinlərin başındakı pariklər süni idi. Barıt kimi partlayırdı. Çəkilişin birində 60-70 cin , hamısının da pariki başına sancaqla bərkidilib. Cinin biri pilləkəndən düşəndə parik od tutdu. Həmin oğlan pariki başından çıxara bilmirdi, çünki əli yanırdı. Pavilyonda qaçanda ətrafındakı cinlər də kömək etmir, hamı bundan qaçır. Hamlet Xanızadə qaçdı, həmin oğlanı tutdu, plaşı ilə parikin alovunu söndürdü, sonra buraxdı. Əjdaha səhnəsində kostyumun hər ayağında 4 idmançı var idi. Əjdahanın içərisindən şlanq keçirdi, qaz balonuna bağlı idi. Onun dilinin üzərinə şam qoymuşdular, beləliklə əjdaha ağzını açanda balondan şlanq alovlanırdı. Lakin bunu hesablamamışdılar, çəkiliş vaxtı əjdaha çıxdı yuxarı, sonra yıxıldı, yerdə çabaladı. Sən demə əjdahanın boğazını bağlamayıblar, qaz balonundan çıxan qaz içəri sovrulub, o insanlar yanıb”.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
5
olay.az

6Mənbələr