AZ

AfD həmsədri Şoltsu növbədənkənar seçkilərə yola açmağa çağırıb

Sağçı “Almaniya üçün Alternativ” partiyasının (AfD) həmsədri Alisa Vaydel Almaniya hökumətini Avropa Parlamentinə seçkilərdə hakim koalisiyanın uğursuzluğu fonunda növbədənkənar seçkilər elan etməyə çağırıb.

“Report” xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Avropa Parlamentinə seçkilər böyük hadisə olub: Almaniya eyni anda kanslerin və hakim koalisiyanın əleyhinə səs verib. İndi Almaniya Kansleri Olaf Şoltsun ​​yalnız bir vəzifəsi qalıb: əhalinin böyük əksəriyyətinin iradəsinə zidd olaraq daha bir il hakimiyyətdə qalmaq əvəzinə, növbədənkənar seçkilərə yol açmaq”, - A.Vaydel vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
2
report.az

3Mənbələr