AZ

Belçika millisinin müdafiəçisi AÇ-dən kənarda qala bilər

Belçika millisinin müdafiəçisi Toma Mönye Almaniyada keçiriləcək Avropa çempionatından kənarda qala bilər.

Fanat.Az xəbər verir ki, bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb.

Lüksemburqla yoldaşlıq görüşünün (3:0) 16-cı dəqiqəsində zədələnərək meydanı tərk edən 32 yaşlı futbolçunun əzələsində yaranan problemə görə çərşənbə günü komanda ilə Almaniyaya getməyəcəyi bildirilib. "Trabzonspor"un formasını geyinən Mönyenin yaxın günlərdə bir neçə tibbi müayinədən keçəcəyi diqqətə çatdırılıb.

Qeyd edək ki, AÇ-2024 14 iyun - 14 iyul aralığında baş tutacaq. Turnirə Almaniyanın 10 şəhəri ev sahibliyi edəcək.

Nihat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
fanat.az

1Mənbələr