Bakı-Quba-Rusiya avtomagistralının Şabrandan keçən hissəsində ölüm və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
“İki sahil” xəbər verir ki, "Toyota" markalı minik avtomobili yolda hərəkətdə olan zaman "Shaqman"a çırpılıb.
Belə ki, qəza nəticəsində Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Pərvanə Quliyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Daha dörd nəfər - Fidan Məmmədova (2015), Nigar Məmmədova (1995), Nərmin Quliyeva (2008), Ahu Quliyeva (2013) müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta