AZ

Qərbi Azərbaycana qayıdış: “Sülh müqaviləsinə salınmayacaq, amma...”

“Soydaşlarımızın Qərbi Azərbaycana qayıtması ilə bağlı məsələ ayrıca bir proses kimi qiymətləndirilə bilər”.

Bu sözləri politoloq Elçin Xalidbəyli “Cebhe.info”-ya şərhində Qərbi azərbaycanlıların öz doğma və dədə-baba torpaqlarına qayıtmasını əks etdirən müddəanın hər iki ölkə arasında imzalanacaq sülh sazişinə daxil edilib-edilməyəcəyi ilə bağlı suala cavab verərkən bildirib. Onun sözlərinə görə, sülh sazişinin müddəaları ilə bağlı danışıqlar beş prinsip üzərində aparılır:

“Bildiyimiz kimi, bu prinsiplər Azərbaycan tərəfindən irəli sürülüb. Beynəlxalq hüququn normalarına uyğun olan prinsiplər nəticəsində sülh danışıqlarında kifayət qədər irəliləyişlər əldə olunub. Böyük ehtimalla, yaxın zamanda hər iki tərəf yekun nəticəyə gələcək. Hesab edirəm ki, Qərbi azərbaycanlıların indiki Ermənistana qayıdıb yenidən yurd salması, eyni zamanda, Azərbaycanı könüllü tərk edən ermənilərin Qarabağa geri qayıdışı ilə bağlı məsələlər sülh sazişinin gündəliyində əks olunmayacaq. Bu məsələlər üzrə danışıqlar Azərbaycan ilə Ermənistan arasında ayrıca bir proses kimi dəyərləndirilməlidir. Yəni, bu, Azərbaycan-Ermənistan sərhədinin delimitasiya və demarkasiya prosesinə bənzər proses fonunda baş verə bilər. Çünki həm Bakı, həm də İrəvanın əsas hədəfi sülh sazişini daha yığcam və konkret etməkdir”. 

O bildirib ki, hazırda ən əsas məsələ Ermənistanın konstitusiyasında, eləcə də qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddialarını nəzərdə tutan müddəaların aradan qaldırılması üçün referendumun keçirilməsidir:

“Bu məsələ ön plandadır. Ona görə ki, Ermənistan hakimiyyəti bu istiqamətdə lazımi addımlar atmayacağı təqdirdə Azərbaycan ilə sülh sazişinin imzalanması qeyri-mümkün olacaq”. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
cebheinfo.az

1Mənbələr