AZ

SosialBakıda müəmmalı olay

SİZİN REKLAM BURADA!055 213 76 73

Ötən həftə Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində parkda istirahət etmək üçün skamyaların olmaması barədə xəbər vermişdik. 

Far.Az-in "qaynar xətti"nə daxil olan şikayətin ardınca Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən ərazidə abadlıq işləri aparıb, işıqlandırma yenilənib və skamyalar quraşdırılıb. 

Bu gün səhər isə parka gedən sakinlər qəribə vəziyyətlə üzləşiblər. Belə ki, parkda qoyulan skamyalar və zibil qutusu naməlum şəxs və ya şəxslər tərəfindən çıxarılaraq tərs çevrilib. Hadisə əraziyə gələnlərin çaşqınlığına səbəb olub. 

Sabunçu Rayon İcra Hakimiyyəti də baş verənlərdən xəbərdardır. Qurumdan Far.Az-ə bildirildi ki, hadisə barədə polisə məlumat verilib. 

Parkdan fotoları təqdim edirik:

Banu Hüseynli Far.Az QALEREYA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
far.az

1Mənbələr