AZ

Hikmət Əlizadə: "Sertifikatlaşdırma müəllimlərin məsuliyyətini artırır"

"Müəllimlərin sertifikatlaşdırılması bütün dünya ölkələrində həyata keçirilir. Bu akt müəllimlərin peşəkarlıq səviyyəsini müəyyənləşdirmək məqsədi ilə tətbiq edilir".
Bunu ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin növbəti sertifikatlaşdırma prosesi ilə bağlı fikirlərini Oxu.Az-la bölüşən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, pedaqogika üzrə elmlər doktoru Hikmət Əlizadə deyib.
O qeyd edib ki, təhsil elə bir sahədir ki, burada tez-tez yeniliklər baş verir:
"Müəllimlər bu yenilikləri öyrənmək üçün öz üzərlərində daim işləməlidirlər.
Sertifikatlaşdırma onların məsuliyyətini artırır. Müəllimin özünütəhsili, onun peşəkarlıq səviyyəsinin yüksəlməsinə xidmət edir. Bu müstəvidən baxanda sertifikatlaşma pedaqoji prosesin zəruri tərkib hissəsinə çevrilir.
Müəllimlərin sertifikatlaşması, müəllimin məsuliyyətinin artması ilə yanaşı, onun karyerasının daha da yüksəlməsi imkanlarını artırır.
Yaxın günlərdə elm və təhsil naziri Emin Əmrullayev müsahibələrinin birində direktor seçimində, eləcə də mükafatlandırma zamanı sertifikatlaşmadan yüksək bal toplayan, müəllimlərə üstünlük veriləcəyini bildirmişdi.
Sertifikatlaşmadan zəruri bal toplaya bilməyən müəllimlər növbəti dəfə sınaqdan keçəcəklər. Mənə elə gəlir ki, bu müəllimlər keçən müddət ərzində öz peşəkarlıq səviyyəsini artıra biliblər və onların mütləq əksəriyyəti yüksək bal toplaya biləcək".
Əzizə İsmayılova
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
oxu.az

1Mənbələr