AZ

“Gecənin bir yarısı oyananda belə, topuqlarımı necə hiss etdiyimi yoxlayıram”

“Barselona”nın və Niderland millisinin yarımmüdafiəçisi Frenki de Yonq zədədən sonrakı vəziyyəti ilə bağlı açıqlama verib.



Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, o, məqsədinin dəyişməz olaraq qaldığını bildirib:



“Mənim məqsədim dəyişməz olaraq qalır. Avropa çempionatının ilk matçında oynamaq istəyirəm. Zədələnəndə hər zaman bu barədə düşünürsən. Gecənin bir yarısı oyananda belə, topuqlarımı necə hiss etdiyimi yoxlayıram”.



27 yaşlı futbolçu apreldə “Barselona”nın “Sevilya” ilə oyununda aldığı zədə səbəbindən AÇ-2024-ün startını buraxmaq riski ilə üzləşib. Yarımmüdafiəçinin iyunun 10-da İslandiya millisi ilə yoldaşlıq görüşündə meydana çıxma ehtimalı azdır. Həmçinin, o, Polşa millisi ilə Avropa çempionatının ilk tur matçında (16 iyun) meydana çıxa bilməyəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin Etiketlərbarselona Frenki de Yonq

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
komanda.az

1Mənbələr