AZ

Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini kollektivə tədqim olunub - FOTOLAR

NUHÇIXAN xəbər verir ki, iyunun 10-da Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini Bəxtiyar Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun 7 iyun 2024-cü il tarixli Sərəncamına əsasən maliyyə nazirinin müavini vəzifəsinə təyin olunmuş Elvin Yusif oğlu Əlimərdanovu Nazirliyin kollektivinə təqdim edib.



Nazirliyin Aparatı və tabeli qurumların rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə Bəxtiyar Məmmədov maliyyə nazirinin müavini Elvin Əlimərdanovu yeni təyinat münasibətilə təbrik edib, qarşıda duran vəzifələri diqqətə çatdırıb və bu işdə bütün kollektivə uğurlar arzulayıb.
Maliyyə nazirinin müavini Elvin Əlimərdanov dövlətimiz tərəfindən ona göstərilən yüksək etimada görə minnətdarlığını bildirib, öz fəaliyyətini şəffaflıq və hesabatlılıq əsasında quracağını, dayanıqlı və davamlı iqtisadi inkişaf üçün səylə çalışacağını diqqətə çatdırıb.
Sonda çıxış edən maliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Həsən İsmayılov Elvin Əlimərdanovu təbrik edib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli maraqlara söykənən uğurlu siyasətinin muxtar respublikada davam etdirilməsi üçün qarşıya qoyulan vəzifələr və müəyyən olunmuş hədəflərə nail olunması istiqamətində görüləcək işlərdə uğurlar arzulayıb.








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
nuhcixan.az

1Mənbələr