AZ

Cavid Hüseynov: “Cəbrayıl” klubuna yeni sponsorlar tapmağa çalışacağıq

Cavid

Bakı, 10 iyun, AZƏRTAC

“Araz-Saatlı”ya ilk oyunda qalib gəlsək də, hələ heç nə bitməyib”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Cəbrayıl” komandasının baş məşqçisi Cavid Hüseynov I Liqada vəsiqə uğurunda pley-off mərhələsinin ilk oyununda “Araz-Saatlı”ya 2:0 hesabı ilə qalib gəldikləri görüş barədə danışarkən deyib.

Mütəxəssis bildirib ki, ilk matçda qazanılan qələbə komandanı arxayınlaşdırmamalıdır: “Futbolçularla da ilk oyundan sonra söhbətim oldu. Onlara tapşırdım ki, üstünlük əldə etsək də, rahatlaşmaq olmaz. Çalışacağıq ki, ikinci oyunda da uğurlu nəticə əldə edək və I Liqaya vəsiqə qazanaq”.

Onun sözlərinə görə, “Araz-Saatlı” ilə ikinci görüşdən sonra klub rəhbərliyi ilə hədəflər barədə danışıqlar olacaq: “İndi bütün diqqətimizi pley-offun cavab matçına yönəltmişik. Hazırda gələcək üçün strategiyanı qurmamışıq. Nəticədən sonra klub rəhbərliyi ilə söhbətimiz olacaq”.

C.Hüseynov təmsil etdikləri Cəbrayıl rayonunda gələcəkdə oyun keçirmək ehtimalından da bəhs edib: “Bildiyimə görə, orada stadionla bağlı yenilik yoxdur. Ona görə də nəsə demək çətindir”.

Veteran futbolçu komandaya yeni sponsorlar tapmaq üçün çalışacaqlarını söyləyib: “İstəyərdik ki, klubun yaxşı sponsoru olsun”.

Qeyd edək ki, “Cəbrayıl” “Araz-Saatlı” ilə cavab matçını iyunun 15-də keçirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
azertag.az

1Mənbələr