AZ

Taylor rekord üstünə, rekord qırdı

2023-cü ildə "İlin adamı" seçilən və ardıcıl qırdığı rekordlarla adından söz etdirən Taylor Sviftin yeni albomu son həftələrdə musiqisevərlərlə görüşüb.

News24.az-ın məlumatına görə, albom 7 həftədir ki, Billboard 200 albom cədvəlinin başındadır.

Müğənni bu qədər uzun müddət 1-ci yerdə qalmaqla yeni bir addım atıb.

Bundan əlavə, albom müğənninin əvvəlki "Folklor" albomunun rekordunu qırıb. Albom 6 həftə musiqi siyahılarının başında qalıb.

Digər tərəfdən albom bir çox fərqli platformada da rekordlar qırıb.

Qeyd edək ki, albom Spotify-da bir gündə 300 milyon yayıma çatıb. Albom bu axın rəqəminə çatan ilk albom kimi tarixə düşüb. Albomun ilk mahnısı olan "Fortnight" bir gündə bütün zamanların ən çox dinlənilən mahnısı olub. Bu rekord daha əvvəl Adelin "Easy On Me" (2021) mahnısına məxsus idi.

Apple Music, "Albom çıxdığı ilk gündə ən çox dinlənilən pop albom rekordunu qırdı" deyib. Albom Amazon Music platformasında 3 gündə dünyanın ən çox dinlənən albomu olduğunu açıqlayıb.

Musiqi karyerası boyunca bir çox rekordlar qıran və aldığı mükafatlarla tarixə düşən Sviftin albomu bir gündə 1,6 milyon nüsxə satıb. Digər tərəfdən müğənni 2023-cü ildə Spotify-ın ən çox dinlənilən sənətçisi adını qazanıb.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
news24.az

1Mənbələr