AZ

Müxalifət 96 saat vaxt verdi

Üsyankar keşiş Baqrat Qalstanyan ictimaiyyəti etirazlarda fəal iştirak etməyə çağırıb. Və onları inandırmağa çalışıb ki, 96 saat ərzində hazırkı hökuməti sıradan çıxardılacaq.

News365.az xəbər verir ki,bu barədə Ermənistan mətbuatına açıqlamasında  “Vətən üçün Tavuş” hərəkatının təşkilatçılarından biri Suren Petrosyan deyib. O bildirib ki, onların gündəliyi dəyişməz olaraq qalır:

“İmpiçment sadəcə olaraq dəyişə bilən siyasi texnologiyadır. Lakin məqsəd dəyişməz qalır - baş nazirin istefası. Son məqsədə - ölkə rəhbərliyinin dəyişdirilməsinə nail olmaq üçün ictimai fəallığın və hakimiyyətə təzyiqlərin artırılmasının vacibdir. Əminəm ki, biz uğur qazanacağıq, çünki hərəkat geri dönüşü olmayan nöqtəni keçib."

O, əlavə edib ki, hərəkat gələcək addımları planlaşdırır və bu addımlar lazım gəldikdə elan ediləcək.

Bazar günü keçirilən mitinqdə arxiyepiskop Qalstanyan “Vətən uğrunda Tavuş” hərəkatının tərəfdarlarını baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökumətinin istefasına nail olmaq üçün iyunun 10-dan etibarən dörd günlük fasiləsiz etiraz aksiyalarına başlamağa çağırıb.

O, Milli Şuranın iyunun 10-da növbədənkənar iclasın iyunun 11-də çağırılması barədə qərar qəbul etməsini tələb edib. İclasda baş nazirin istefası və hökumətin buraxılması məsələləri müzakirə olunacaq. O, həmçinin parlament fraksiyalarından bu layihəni növbədənkənar iclasda təqdim edib təsdiq etməyi tələb edib.

Qalstanyan ictimaiyyəti etirazlarda fəal iştirak etməyə çağırıb və qarşıya 96 saat ərzində hazırkı hökuməti sıradan çıxarmağı məqsəd qoyub.

Könül, News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
news365.az

1Mənbələr