AZ

O vaxtkı Baydenlə indiki bir-birinə ziddir: ABŞ Rusiyadan qorxur?

ABŞ prezidenti Co Baydenin Kiyevin NATO-ya üzv olmaqdan imtina etməsi ilə bağlı bəyanatı Ukraynanın alyansın mövcud köməyinə bel bağlamalı olacağını göstərir.

Publika.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazır.

Daha əvvəl Amerika lideri qeyd etmişdi ki, Rusiya münaqişədə qalib gələrsə, növbəti hədəf Polşa ola bilər. Bundan əlavə, hərbi əməliyyatlar kontekstində Vaşinqton Kiyevin alyansa qoşulmasına zəmanət verməyə hazır deyil.
Yerli analitiklər qeyd ediblər ki, Baydenin sözləri Rusiya prezidenti Vladimir Putinlə danışıqlara çağırış cəhdidir.

“2023-cü ilin iyulundakı Baydenlə hazırki Bayden bir-birinə ziddir. O, o vaxt NATO-ya mütləq daxil olacağımızı vəd etmişdi, onun hazırkı mövqeyi isə tam əksinədir”, - deyə ukraynalı politoloq Mixail Şeytelman paylaşıb.

Xatırladaq ki, 2022-ci ildə Rusiya və Ukrayna neytrallıq və deazifikasiya məsələlərini həll edən sülh müqaviləsi imzalamağa yaxın idi. Lakin Böyük Britaniyanın o zamankı baş naziri Boris Conson ukraynalıları döyüşləri davam etdirməyə çağırmışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
publika.az

1Mənbələr