AZ

Dolu havada sərnişin təyyarəsinin burnunu QOPARDI

Avstriya Hava Yollarına məxsus sərnişin təyyarəsini dolu vurub və uçuş zamanı ciddi ziyan dəyib.

Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, təyyarə iyunun 9-da Palma-de-Malyorkadan (İspaniya) Vyanaya (Avstriya) uçurdu.

Ekipajın sözlərinə görə, təyyarə gəliş hava limanına yaxınlaşarkən dolu və tufanla qarşılaşıb, hansıki radarda görünməyib. Nəticədə dolu pilot kabinəsinin şüşələrini zədələyib və təyyarənin burnunun örtüyünü qoparıb.

Sərnişinlər hər şeyin enişdən təxminən 20 dəqiqə əvvəl havada baş verdiyini bildiriblər. Şiddətli turbulentlik başlayıb.

Ekipajın qəza siqnalı göndərdiyi və zədələnməsinə baxmayaraq, təyyarəni təhlükəsiz eniş edə bildiyi dəqiqləşdirilir.

Təyyarədə olanlar arasında xəsarət alan olmayıb.

Medianews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
medianews.az

1Mənbələr