AZ

Qətldə günahlandırılan 4 azərbaycanlının məhkəməsi: “Rus dilini bilmirik...”

Rusiyada Krasnoyarsk vilayət məhkəməsi 2023-cü ilin avqustunda Şaripovo şəhərində dörd azərbaycanlını bir nəfəri öldürməkdə və ər-arvad ər-arvadını öldürməyə cəhddə təqsirli bilib.

“Cebhe.info” xəbər verir ki, bu barədə “Interfax” məhkəmə zalından məlumat paylaşıb.

“Məhkəmə təqsirləndirilən şəxslərin günahkar bilinməsi barədə qərar çıxarıb, onlardan biri 17 il müddətinə ciddi rejimli koloniyada cəza çəkəcək. “Qalanları ümumi rejimli koloniyada saxlanmaqla hər biri 4 il müddətinə azadlıqdan məhrum ediləcək”, - hakim Andrey Artemenko bildirib. Həmçinin, ən uzun cəza alan şəxs mərhumun yaxın qohumunun xeyrinə 1 milyon rubl məbləğində mənəvi ziyana görə kompensasiya ödəyəcək.

İclas başlamazdan əvvəl təqsirləndirilən şəxslər rus dilini bilmədiklərini bildirib və tərcüməçi tələb ediblər.

Eyni zamanda, İstintaq Komitəsinin Krasnoyarsk diyarı və Xakasiya Respublikası üzrə istintaq idarəsinin mətbuat xidməti bildirib ki, təqsirləndirilən şəxslər Rusiyada fiziki şəxslə müqavilə əsasında yol işlərini yerinə yetiriblər.

Məlumat üçün bildirək ki,  2023-cü ilin avqustunda Şaripovoda yerli sakinlərlə ölümlə nəticələnən dava ilə bağlı dörd azərbaycanlı saxlanılıb.

İstintaqın məlumatına görə, Şaripovonun 6-cı mikrorayonunda üç Azərbaycan vətəndaşı ilə üç yerli sakin arasında münaqişə baş verib. “Sərxoş vəziyyətdə olan şübhəlilər yoldan keçən qızı incidiblər, ər-arvad və onların tanışı qızın müdafiəsinə qalxıb”,-deyə ittiham aktında deyilir.

İstintaqın qeyd etdiyi kimi, azərbaycanlılar dostlarını çağırıblar, onlar da armatur və iki tikinti çəkici gətiriblər. Bundan sonra dördü də zərərçəkənlərə hücum edərək onlara armatur və çəkiclərlə dəfələrlə zərbələr endirib. Müttəhimlərdən biri yanında olan bıçaqla zərbə endirib.

30 yaşlı kişi bıçaq xəsarətlərindən yerindəcə keçinib, 27 yaşlı zərərçəkən və 25 yaşlı arvadı isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
cebheinfo.az

1Mənbələr