AZ

Oğrunu ayaq izlərinə əsasən tapdılar

Polis evlərdən oğurluq edən şəxsi onun ayaq izi ilə müəyyənləşdirib.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, oğurluq Binə qəsəbəsində yerləşən evlərin birində baş verib. 10 min manat dəyərində qızıl-zinət əşyaları və 18 ədəd spirtli viski oğurlanıb.

Cinayəti törədən Vüsal Məmmədli saxlanılıb.

Araşdırma zamanı onun ümumilikdə 7 evdən oğurluq etdiyi müəyyən edilib. V.Məmmədli oğurladığı qızılları Buzovna qəsəbəsində yerləşən mağazaya satıb.

Saxlanılan şəxs oğurluq etdiyi evlərdən birini pəncərədən tərk edən zaman  mənzildə onun ayaq izləri qalıb. 

V.Məmmədli barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
yenisabah.az

1Mənbələr