AZ

Ekspert çimərliklərin fəaliyyətinə icazə verilən zonaları AÇIQLADI

"Bu il çimərliklərin fəaliyyətinə icazə verilən zonalar Şuvalan, Buzovna, Mərdəkan, Novxanı, Pirşağı və.s. bu çimərliklər insanların həyat və sağlamlığı üçün təhlükə risqi daşımır".

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bunu News365.az-a açıqlamasında deyib. 

"Çimərlik mövsümü başlayandan hər gün boğulma halları ilə bağlı xəbərlər eşidirik. Ona görə mütləq çimərliyə gedərkən, təhlükəsizlik qaydalarına riayət etmək lazımdır. Birinci növbədə çimərlik seçərkən doğru düzgün, yəni hansı çimərliklərin fəaliyyətinə icazə verilirsə, ora getmək lazımdır. Nəzarətsiz çimərliklərdə boğulma riski nəzarət olunan çimərliklərdə boğulma riskindən daha yüksəkdir. Ümumi dünya üzrə sularda boğulma statistikasına baxsaq görərik ki,  boğulma hadisələrinin məhz 95 faizdən çoxu nəzarət olunmayan çimərliklərə düşür. Hər gün dünyada 300 minə yaxın insan suda boğularaq həyatını itirir. Ona görə də nəzarət olunmayan çimərliklərə getməmək lazımdır. Fəaliyyətinə icazə verilən çimərliklərə başlamamışdan qabaq müvafiq dövlət qurumları tərəfindən baxış keçirilir. Burda suyun bioloji, kimyəvi, sanitar formaları yoxlanıldıqdan sonra burada insanların həyat və sağlamlığı üçün hər hansı bir təhlükə yoxdursa, ondan sonra istifadə fəaliyyətinə icazə verilir. Bu il çimərliklərin fəaliyyətinə icazə verilən zonalar Şuvalan, Buzovna, Mərdəkan, Novxanı, Pirşağı və.s. bu çimərliklər insanların həyat və sağlamlığı üçün təhlükə risqi daşımır. Bu ərazilərdə həmdə təhlükəsizlik xidməti fəaliyyət göstərir. Çimərlikdə sahilə paralel üzmək lazımdır. Əks halda çimərliyi yarış meydançasına çevirib, kim daha çox uzaq məsafəyə üzə bilər deyə hərəkət edənlərin hər biri boğulma təhlükəsi ilə qarşılaşa bilər. Suda uyğunsuz hərəkətlərə yol vermək olmaz"- deyə vurğulayıb.

Vəfa Vəliyeva, News365.az 


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
news365.az

1Mənbələr