AZ

İndoneziyanın paytaxtı dəyişir

İndiki paytaxt Cakartanın təbii fəlakətlər və infrastruktur problemləri səbəbilə İndoneziyada yeni paytaxta köçmək üçün aparılan işlər başa çatır.

525.az xəbər verir ki, İndoneziya Prezidenti Coko Vidodo Borneo adasındakı Şərqi Kalimantan əyalətində Nusantara adlanan yeni paytaxtda tikilməkdə olan ərazilərə baxış keçirib.

Yeni paytaxta 80 faiz işin tamamlandığını bildirən Vidodo, gələn ay təmiz su bağlandıqdan sonra yeni ofisindən işə başlayacağını bildirib.

Qeyd edək ki, 2019-cu ildə elan edilən, lakin Covid-19 epidemiyası səbəbilə təxirə salınan paytaxtın köçürülməsi planının bu il tamamlanacağı gözlənilir.

Məhəmməd Tağıyev






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
525.az

1Mənbələr