AZ

Baydendən Modiyə təbrik zəngi

ABŞ Prezidenti Co Bayden Hindistanın Baş naziri Narendra Modini keçirilən ümumi seçkilərdə qalib gəlməsi münasibətilə təbrik edib.

525.az xəbər verir ki, Ağ Evdən verilən yazılı açıqlamaya görə, Bayden Modi ilə telefon danışığı aparıb. Modi və Milli Demokratik Alyansı ümumi seçkilərdə qalib gəldiyi üçün təbrik edən Bayden, seçkilərə təxminən 650 milyon insanın qatıldığını və bunun demokratik hüquqların böyük bir şəkildə həyata keçirilməsi olduğunu vurğulayıb.

İki lider ABŞ-Hindistan əlaqələrinin yaxşılaşdırılmasına yönəlmiş mövzuları da müzakirə edərkən, Bayden Hindistan-Sakit okean regionunda geostrateji məsələlərdə Hindistanla işləməyə davam edəcəklərini bildirib.

Məhəmməd Tağıyev






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
525.az

1Mənbələr