Nazim Sadıqovun UFC-də növbəti rəqibi bəlli olub.
Oxu.Az xəbər verir ki, həmyerlimiz karyerasında UFC-də 4-cü görüşünə iyulun 13-də çıxacaq.
Onun rəqibi şotlandiyalı Kris Dunkan olacaq.
Qeyd edək ki, son döyüşündə uduzan 31 yaşlı idmançı bunadək ümumilikdə 13 görüş keçirib, bunlardan 11də qələbə qazanıb, ikisində isə məğlub olub.