AZ

Rus hərbçilər Yak-130 döyüş təlim təyyarələrinin partiyasını alıblar

İrkutsk Aviasiya Zavodu Yak-130 döyüş təlim təyyarələrinin partiyasını istehsal edərək Rusiya Müdafiə Nazirliyinə təhvil verib.

Herbiand.az bildirir ki, bu barədə Birləşmiş Təyyarə Korporasiyasının mətbuat xidməti iyunun 10-da təhvil verilən təyyarələrin sayını dəqiqləşdirmədən məlumat verib.

Sənaye və ticarət naziri Anton Əlixanov qeyd edib ki, Yak-130 “4+” və “5” nəsillərinin döyüş təyyarələrinin pilotlarını real təyyarələrə mümkün qədər yaxın şəraitdə ən müasir səviyyədə hazırlamağa imkan verir. O, əlavə edib ki, təyyarələr yer və uçuş sınaqlarından keçərək daimi yerinə gediblər.

Yak-130 müasir hərbi aviasiyanın pilotlarını, o cümlədən supermanevr edə bilən qırıcıların pilotlarını hazırlamaq üçün nəzərdə tutulmuş iki nəfərlik döyüş təlimçi təyyarəsidir.

Yak-130-un silahlanmasına tənzimlənən və sərbəst düşən bombalar, idarə olunmayan raketlər və asma konteynerlərdə olan 23 mm-lik QŞ-23L təyyarə topları daxil ola bilər.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
120
herbiand.az

1Mənbələr