AZ

İsveçrə XİN: Bürgenstok konfransı Ukrayna münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ilk addımdır

İsveçrə

Bakı, 10 iyun, AZƏRTAC

Ukrayna üzrə Bürgenstok konfransı uzunmüddətli sülh prosesi üçün ilk addımdır və bütün tərəflərin iştirakını tələb edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri İsveçrənin xarici işlər naziri İgnasio Kassis deyib.

“Bürgenstok konfransı Ukrayna münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ilk addımdır və bu proses davam edəcək. Biz əminik ki, uzunmüddətli həll yolu bütün tərəflərin iştirakı ilə mümkündür”, - deyə avropalı diplomat bildirib.

Qeyd edək ki, iyunun 15-16-da İsveçrənin Bürgenstok kurortunda Ukrayna ilə bağlı sülh konfransının keçirilməsi planlaşdırır. Bern 160-dan çox nümayəndə heyətini, o cümlədən G7, G20 və BRICS ölkələrini konfransa dəvət edib. Rusiya bu görüşə dəvət olunanlar arasında yoxdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
azertag.az

1Mənbələr