AZ

Məşhur futbolçu Harvrad məzunu oldu

"Mançester Yunayted"in və İspaniya millisinin sabiq yarımmüdafiəçisi Xuan Mata Harvard Biznes Məktəbinin Əyləncə, Media və İdman Biznesi proqramını bitirib.

Publika.az xəbər verir ki, bu barədə 36 yaşlı eks-futbolçu sosial şəbəkədə məlumat verib. “Bu gözəl həftə üçün komandaya təşəkkür edirəm! Məni müdriklik, böyük enerji və sevinc əhatə edirdi. Təhsil almağa və müxtəlif sənayelərdə öyrənməyə davam etmək fürsətinə görə inanılmaz dərəcədə minnətdaram”, - deyə Mata sosial şəbəkə hesabında yazıb.

Xuan Mata ilin əvvəlində Yaponiyanın "Vissel Kobe" klubundan ayrıldıqdan sonra futbolçu karyerasını başa vurub. İspaniyalı yarımmüdafiəçi həm də “Valensiya”, “Çelsi” və “Qalatasaray”dakı çıxışları ilə tanınır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
publika.az

1Mənbələr