AZ

Almaniyada Bundestaqın buraxılmasını tələb edirlər

Bavariyanın baş naziri Markus Soeder Avropa Parlamentinə seçkilərdə hakim koalisiyanın uğursuzluğundan sonra Fransadan nümunə götürərək Almaniyada Federal Məclisin- Bundestaqın buraxılmasını və növbədənkənar parlament seçkilərinin keçirilməsini istəyib.

Oxu24.com bu barədə xarici mediaya istinadən xəbər verir.

“Bu hökumət əslində bitdi. İndi də Fransadakı kimi olmalıdır: yeni seçkilər üçün çağırışlar var idi və Fransa prezidenti Emmanuel Makron yeni seçkilər çağırdı”,-deyə Soeder bildirib.

Xatırladaq ki, Makron iyunun 9-da ölkə parlamentinin aşağı palatası olan Milli Assambleyanın buraxıldığını elan edib və birinci turu iyunun 30-da keçiriləcək növbədənkənar seçkilər təyin edib.

Qeyd edək ki, Almaniya kansleri Olaf Şoltsun rəhbərlik etdiyi Almaniya Sosial Demokrat Partiyası (SPD) Avropa Parlamenti seçkilərində cəmi 13,9 faiz səs toplayıb və bu, tarixin ən pis nəticəsi olub.

Mənbə: Reuters.com

Yeganə
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
1
oxu24.com

2Mənbələr