AZ

İrəvanda şərab festivalında insident: Ölən və yaralananlar var - FOTO

İrəvanın mərkəzində, şərab festivalınının keçirildiyi Saryan küçəsində bıçaqlanma hadisəsi baş verib, ölən var.

Bakupost.az xəbər verir ki, bu barədə "Novosti Armeniya" məlumat yayıb.

Nəşr qeyd edib ki, bu məlumatla bağlı İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan açıqlama verib:

"O bildirib ki, şənbə və bazar günləri İrəvanın mərkəzində bıçaqlanma hadisələri qeydə alınıb. Abramyanın sözlərinə görə, hadisələrdən biri srağagün, digəri isə dünən baş verib. Srağagün baş verən hadisə nəticəsində bir nəfər yaralanıb. Faktla bağlı adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Dünən isə iki nəfərin bıçaqlanması ilə bağlı xəbər yayılıb. Qətl və qəsdən adam öldürməyə cəhd maddələri ilə cinayət işi başlanıb”.




Vasif
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
bakupost.az

1Mənbələr