AZ

“Bu səfər Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcək” - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycan-Misir münasibətləri tarixi keçmişə malikdir. Biz Misirlə istər İslam əməkdaşlıq çərçivəsində, istər Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama hərəkatı və bütövlükdə dünyanın beynəlxalq platformalarında sıx iş birliyinə malikik. Misirlə Azərbaycan əlaqələri 1990-cı illərin əvvəllərindən başlayıb. Misir Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. 1994-cü ildə Ulu öndər Misirə səfər edərək bir çox mühüm görüşlər keçirmiş və həmin görüşdə hər iki ölkə üçün önəmli sənədlər imzalanmışdı”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, sonrakı dövrlərdə hər iki ölkə prezidentləri qarşılıqlı səfərlər ediblər 2007-ci ildə cənab prezidentin Misirə səfəri baş tutmuşdu: “Bu səfər də olduqca mühüm xarakter daşıyırdı. Eyni zamanda biz xatırlayırıq ki, bir il öncə Misir Prezidentinin də Azərbaycana səfəri baş tutmuşdu. Azərbaycan Prezidentinin Misirə baş tutan səfəri onu göstərir ki, gələcəkdə də yüksələn dinamika ilə bu münasibətlər inkişaf edəcək. Bu da bizim əlaqələrimizin genişlənməsində öz töhfəsini verəcək.

Misir bütün platformalarda Azərbaycanın mövqeyini dəstəkləyib. Misir Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Misirlə bir çox sahələrdə sıx əməkdaşlığımız var. Hər iki ölkənin çox böyük potensialı var. Hər iki ölkə müsəlman ölkəsidir. Hər iki ölkənin ortaq dəyərləri var. Bu da bizə daha da güclü olmağa, daha da inkişaf etməyə imkan yaradacaq. Səfər zamanı Azərbaycanla Misir arasında ikitərəfli siyasi əlaqələr, eləcə də ölkələrimizin Beynəlxalq Təşkilatlar çərçivəsində əməkdaşlığı yüksək qiymətləndirildi”.

Deputat bildirib ki, görüşdə Misirin COP27-ə, Azərbaycanın isə COP29-a sədirlik etməsi vurğulanıb və ölkələrimiz arasında bu sahədə əməkdaşlıq və təcrübə mübadiləsinin aparılması qeyd olunub: “Bundan başqa iki ölkə arasında enerji, tikinti, sənaye, əczaçılıq, nəqliyyat və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu.

Cənab prezidentin səfər zamanı toxunduğu məsələlərdən biri də İsrail-Fələstin münasibətləri oldu. Azərbaycanı Fələstin məsələsində günahlandırmaq istəyənlərə çox dəqiq və konkret cavab verdi. Bildiyimiz kimi bir neçə gün əvvəl Türkiyədə SOCAR-ın binasına hücum olmuşdu. Müxtəlif platformalarda Azərbaycanın ünvanına müəyyən fikirlər səsləndirilirdi ki, guya Azərbaycan Fələstinlə bağlı məsələdə biganədi. Əslində bu tamamilə bizə qarşı irəli sürülən əsassız iddihamdır. Azərbaycan İsraillə bərabər Fələstinlə əlaqələrini gücləndirir. Buna baxmayaraq cənab prezident bir çox müsəlman liderlərindən fərqli olaraq Fələstində baş verənləri bir faciə kimi qiymətləndirdi. Orada baş verənlərin dayandırılmasının vacibliyini vurğuladı.

Cənab prezidentin bu səfərdə toxunduğu mühüm məqamlardan biri də Azərbaycan-Ermənistan münasibətləri oldu. Prezident İlham Əliyev Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmasında çox böyük yolun qət edildiyini bildirdi. Ölkə başçısı Qazaxın dörd kəndinin geri qaytarılması, sərhədlərin delimitasiyası və demarlasiyasında uğurun əldə olunmasını xüsusi qeyd etdi. Azad olunmuş torpaqlarda görülən işlər, abadlıq-quruculuq işləri xüsusi qeyd edildi”.

Ləman Sərraf

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
1
sia.az

2Mənbələr