AZ

Taleh Ziyadov: Bakı Limanı təbiətə mənfi təsirlərini ciddi dərəcədə azaldacaq

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı 2035-ci ilə qədər təbiətə mənfi təsirlərini əhəmiyyətli dərəcədə azaldacaq.

APA-Economics” xəbər verir ki, bunu Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov jurnalistlərə açıqlamasında bildirib.

“Bilirik ki, Bakı Limanının fəaliyətinin təbiətə təsiri nədir və bunun azaldılması üçün görüləcək işləri planlamışıq. Biz çalışacağıq ki, 2035-ci ilədək ciddi dərəcədə bu təsirləri azaldaq ki, nəinki “yaşıl”, eyni zamanda sıfır emissiya limanı olaq. Bu proseslərə, təbii ki, Orda dəhlizin yaşıllaşdırılması kontekstində baxmalıyıq”, - Taleh Ziyadov qeyd edib.

Onun sözlərinə görə, gələcəkdə kontinenlər arasında təchizad zəncirləri “yaşıl” olduğu halda onlara qarşı heç bir vergi tətbiq olunmayacaq: “Ona görə də biz çalışmalıyıq ki, bizim Orta dəhliz “yaşıl” olsun”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
2
apa.az

3Mənbələr